...

Həftə ərzində valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2009 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd ucuzlaşıb, (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80396 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi sentyabrın 2-4-də 1 ABŞ dolları üçün 0,8040 manat, minimum isə avqustun 31-də və sentyabrın 1-də 1 ABŞ dollarına 0,8039 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

24 avqust

0,8039

31 avqust

0,8039

25 avqust

0,8040

1 sentyabr

0,8039

26 avqust

0,8040

2 sentyabr

0,8040

27 avqust

0,8041

3 sentyabr

0,8040

28 avqust

0,8039

4 sentyabr

0,8040

Həftə ərzində orta məzənnə

0,80398

Həftə ərzində orta məzənnə

0,80396

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,21 faiz)ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80346 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 31-də 0,8034 AZN/USD məzənnəsi ilə $6,88 mln., sentyabrın 1-də - 0,8034 AZN/USD məzənnəsi ilə $6,62 mln., sentyabrın 2-də - 0,8035 AZN/USD məzənnəsi ilə $4,19 mln., sentyabrın 3-də - 0,8035 AZN/USD məzənnəsi ilə $2,97 mln., sentyabrın 4-də - 0,8035 AZN/USD məzənnəsi ilə $0,712 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

24 avqust

0,8037

31 avqust

0,8034

25 avqust

0,8036

1 sentyabr

0,8034

26 avqust

0,8036

2 sentyabr

0,8035

27 avqust

0,8036

3 sentyabr

0,8035

28 avqust

0,8036

4 sentyabr

0,8035

Həftə ərzində orta

0,80362

Həftə ərzində orta

0,80346

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti ötən həftə səviyyəsində saxlanılıb. Özəlləşdirmə çeklərinin alışı 7 manat, satışı isə 8 manata həyata keçirilib.

Artıq neçə aydır ki, qiymətlər 9-10 manat səviyyəsində saxlanılırdı ki, bu da dövlət mülkiyyətinin Əmlak məsələləri üzrə Dövlət Komitəsinin yeni strukturunun formalaşdırılması və yenidən təşkil edilməsi ilə əlaqədar idi.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub. Hazırda çeklərin 75 faizi satışdan çıxarılıb, onların növbəti dövriyyəsinin müddətinin növbəti dəfə uzadılması hələ müəyyən olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti