...

İran TRACECA nəqliyyat dəhlizinin tam hüquqlu üzvü oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend /

İranın TRACECA-ya tam hüquqlu üzv kimi qoşulması bu nəqliyyat dəhlizinin işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq, bu barədə çərşənbə günü TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib.

Onun sözlərinə əsasən, İran böyük nəqliyyat potensialına, keyfiyyətli və səmərəli nəqliyyat infrastrukturuna malikdir, həmçinin sərfəli nəqliyyat tarifləri tətbiq edir ki, bu da ümumilikdə nəqliyyat dəhlizinin işinin səmərəliliyinin artırılmasına imkan verir.

İran 2005-ci ildə rəsmi olaraq TRACECA-ya qoşulub. Təsdiqlənmə prosesi və digər normativ-hüquqi prosedurları keçib.

TRACECA özündə Aİ-nı və Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə 14 dövlətin daxil olduğu beynəlxalq nəqliyyat proqramını əks etdirir. TRACECA 1998-ci ildə Aİ, Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə çoxtərəli müqavilənin imzalanmasından sonra təsis edilib. Təşkilat Balidə yerləşən daimi nümayəndəliyə, Odessada (Ukraynada) yerləşən regional ofisə malikdir. 2009-cu ildən təşkilat üzv ölkələr tərəfindən tamamilə maliyyələşdirilib.

TRACECA dəniz daşınması, avsiasiya, yol və dəmiryol nəqliiyatı, nəqliyyat təhlükəsizliyi və nəqliyyat infrastrukturunu əhatə edən beş işçi qrupa malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti