Azərbaycan, Bakı, 9 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Binəqədi rayonunda yerləşən "Zəngəzur" İstehsalat-Ticarət firmasını çörəkbişirmədə istifadə edilən xammalın uyğunluq sertifikatı olmadığı üçün 5 min manat dəyərində cərimə edib. Bu haqda cümə günü Dövlət Komitəsindən məlumat verilib.
"Aparılan laborator müayinələr zamanı birinci növ buğda ununun normativ sənədlərin tələblərinə cavab vermədiyi də müəyyən edilib. Bundan əlavə, ərzaqların markalanması da düzgün aparılmayıb, istifadə edilən çəkiölçmə vasitələri dövlət yoxlamasından keçməyib", - Dövlət Kmitəsindən deyilib.