...

AYİB ilə Azərbaycanın sement zavodu arasında kredit müqaviləsinin imzalanma müddəti müəyyən olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyindən verilən məlumata görə, AYİB ilə Azərbaycanın yeganə sement istehsalçısı olan Garadagh Cement zavodu arasında zavodun istehsal gücünün 30 faiz artırılması üçün 120 milyon avronun ayrılmasını nəzərdə tutan kredit müqaviləsinin imzalanma mərasimi oktyabrın 12-də Bakıda baş tutacaq. Layihənin ümumi dəyəri 330 milyon avro təşkil edir.

Nümayəndəlikdən deyiblər ki, imzalanma mərasimində iştirak etmək üçün qurumun Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Pol-Henri Forester Azərbaycana gələcək.

Garadagh Cement-in modernləşdirilməsi və genişləndirilməsi prosesində gündəlik klinker istehsalının 2616 tondan 4000 tona və klinker idxal etmədən illik sement istehsalının 1,7 milyon tona çatdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində klinker istehsalı üçün istifadə edilən enerjinin 50 faizədək azaldılması hesabına enerjiyə qənaət olunması nəzərdə tutulur.

AYİB krediti şirkətin korporativ idarə edilməsinin ağır şərtlərini və biznesinin aparılmasını dəstəkləyəcək. Azərbaycanın qeyri-neft və enerji sektoruna aid olmayan ən böyük xarici sərmayələrdən biri hesab edilən bu layihə, özəl sektorun digər potensial sərmayədarları üçün öz müsbət nəticəsini verməlidir. Layihə kommersiya banklarının Azərbaycanın qeyri-neft sektorunu maliyyələşdirilməsinə yönəldilib.

İsveçrənin "Holcim" şirkəti (69,4 faiz), AYİB, Azərbaycan İnvestisiya Şirkəti (hərəyə 10 faiz olmaqla) və özəl səhmdarlar (10,6 faiz) "Garadagh Cement" SC-nin tərəfdaşlarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti