...

Azərbaycan və Almaniya arasında iqtisadiyyat sahəsində top menecerlərin ixtisasının artırılması barədə razılıq imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir N.İsmayılova/

Almaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bazar ertəsi bu iki ölkə arasında iqtisadiyyat sahəsində top menecerlərin ixtisasının artırılması barədə razılıq imzalanıb.

Sənəd Azərbaycanın İqtisadi İnkişaf və Almaniyanın İqtisadiyyat və Texnologiyalar nazirlikləri tərəfindən Bakıda imzalanıb.

Beləliklə, Azərbaycan Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin top menecerlərin ixtisasının artırılması proqramını reallaşdırdığı 13 MDB ölkəsindən biri olub.

Bu proqram 1998-ci ildən həyata keçirilir və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

İyulda Bakıda pilot qrupla ilkin danışıqlar aparılmışdır. Oktyabrda layihənin ilk 18 iştirakçısının Almaniya səfəri gözlənilir. Səfərin əsas məqsədi alman şirkətlərilə əlaqələrin yaradılmasıdır.

Həmçinin 2010-cu ildə iqtisadi əməkdaşlıq çərçivəsində uzunmüddətli ingilisdilli proqramın keçirilməsi planlaşdırılır. İmzalanan sənəd 2012-ci ilədək etibarlıdır. Proqram Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Biznes Mərkəzi və Almaniyanın InWEnt gGmbH vasitəsilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti