...

Azərbaycanın aqrar sektoruna dövlət dəstəyi 2010-cu ildə 700 milyon manata çatacaq - Prezident Administrasiyasının şöbə müdiri

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir İ.Xəlilova /

Azərbaycanın aqrar sənaye kompleksinə dövlət dəstəyi 2010-cu ildə 700 milyon manat həcmində planlaşdırılıb, bu barədə Azərbaycanın Prezident Administrasiyasının Aqrar siyasət məsələləri üzrə şöbə müdiri Azər Əmiraslanov AzTV telekanalının efirində bildirib.

"Bu xərclərə dövlətin ölkənin aqrar sektorunun maliyyələşdirilməsi üçün həm birbaşa, həm də bilavasitə xərcləri daxildir", - Əmiraslanov bildirib.

Növbəti ildə "Agrolizing" ASC üçün dövlət büdcəsindən 35 milyon manat, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Agentlik üçün isə 10 milyon manatın ayrılması nəzərdə tutulub. Sahibkarlığa Kömək Milli Fondu üçün növbəti ildə ayrılacaq 44 milyon manatın 48 faizi istehsalın maliyyələşdirilməsi və kənd təsərrüfatı məhsullarının emalı üçün nəzərdə tutulub.

"Aqrar sahənin inkişafı birbaşa olaraq torpaqların meliorasiya vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədardır, buna görə də dövlət bu istiqamətdə də kənd təsərrüfatı istehsalçılarına dəstəyin göstərilməsini nəzərdə tutub", - Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.

Aparılan tədqiqatlara əsasən, suvarma üçün istifadə olunan min kubmetr suyun maya dəyəri 18,8 manat təşkil edir, lakin hazırda o, kənd təsərrüfatı istehsalçılarına 0,5 manata, yəni 37 dəfə aşağı qiymətə satılır. Əmiraslanovun sözlərinə əsasən, bu, dövlət tərəfindən birbaşa maddi yardım formasında bir hektar əkin sahəsi üçün 80 manatın verilməsi deməkdir.

Növbəti ildə, ölkənin aqrar sektoruna birbaşa maddi yardım həcmləri 115 milyon manat məbləğində nəzərdə tutulub. Vergi güzəştlərinin təqdim olunmasından bu sektora 149 milyon manat məbləğində dolayı maddi yardımın verilməsi nəzərdə tutulub.

Ölkə hökuməti 2009-cu ildən növbəti dəfə beş il müddətinə bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) azad olunan kənd təsərrüfatı istehsalçılarının vergi ödənişlərinin moratorium müddətini uzadıb. Onların dəstəklənməsi üçün hökumət hesab edir ki, yaxın 10 il ərzində Azərbaycan üçün ölkənin aqrar sektorunun hazırki ekstensiv inkişafı halında vergi güzəştlərini ləğv etməsi aktual deyil.

"Məlum olduğu kimi, Azərbaycanda aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı problem yoxdur, əksinə, dövlət dəstəyi bütün istiqamətlərdə artıb. Bu sektor üçün əlavə xərclər həmçinin dövlət investisiya proqramı çərçivəsində nəzərdə tutulub", - Əmiraslanov bildirib.

Noyabrın 18-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti