...

Azersun Holding əmək bazarında tələb olunan kadrların hazırlanmasına kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2009 15:04 (UTC +04:00)
"Azersun Holding" şirkətlər qrupu ilə Azərbaycanın Təhsil Nazirliyi şənbə günü respublikanın təhsil müəssisələri ilə əməkdaşlığı nəzərdə tutan protokol imzalayıblar.
Azersun Holding əmək bazarında tələb olunan kadrların hazırlanmasına kömək edəcək

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir M.Əliyev/

"Azersun Holding" şirkətlər qrupu ilə Azərbaycanın Təhsil Nazirliyi şənbə günü respublikanın təhsil müəssisələri ilə əməkdaşlığı nəzərdə tutan protokol imzalayıblar.

Protokolu Azərbaycanın təhsil naziri Misir Mərdanov və "Azersun Holding"in prezidenti Abdulbari Gözəl imzalayıblar.

Protokolda əmək bazarında tələb olunan kadrların hazırlanması üzrə bigə iş nəzərdə tutulur. Bunun üçün şagirdlərin və müəllimlərin bilik və bacarıqlarının artırılması, onlar tərəfindən elmi-texniki yeniliklərin mənimsənilməsi nəzərdə tutulur.

Nazirin sözlərinə görə, birgə tədbirlər çərçivəsində Muğam iqtisadi rayonunda yerləşən texniki peşə məktəbinin bərpası nəzərdə tutulur ki, bu da regionda bilik səviyyəsinin inkişafına və artmasına kömək edəcək.

"Azersun Holding"in rəhbəri öz növbəsində texniki peşə məktəblərinin uğurla fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib. "Bu, regionda kadr çatışmazlığı problemini həll edə bilər. Bir vaxt şirkət İmişli rayonundakı şəkər zavodunun inşasından sonra bu hal ilə üzləşmişdi", - Gözəl deyib.

Xəbər lenti

Xəbər lenti