...

Bank of Azərbaycan əhalidən əmanətlərin qəbulunun dayandırılması haqqında şayiələri təqzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2010 12:46 (UTC +04:00)
Son zamanlar bəzi KİV-də "Bank of Azerbaijan"-nın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması barədə yanlış məlumatlar dərc olunub. İctimaiyyətin, o cümlədən müştərilərimizin nəzərinə çatdırmaq istəyirik ki, bu məlumatların heç bir əsası yoxdur və onlar həqiqətə uyğun deyil.
Bank of Azərbaycan əhalidən əmanətlərin qəbulunun dayandırılması haqqında şayiələri təqzib edib

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Son zamanlar bəzi KİV-də "Bank of Azerbaijan"-nın filiallarında qəbul olunan əmanətlərin qeydə alınmaması barədə yanlış məlumatlar dərc olunub. İctimaiyyətin, o cümlədən müştərilərimizin nəzərinə çatdırmaq istəyirik ki, bu məlumatların heç bir əsası yoxdur və onlar həqiqətə uyğun deyil.

"Bank of Azerbaijan"-ın baş ofisində, paytaxtda və ölkəmizin regionlarında fəaliyyət göstərən 13 filialında qəbul olunan bütün əmanətlər və verilən kreditlər qeydə alınır və Azərbaycan Mərkəzi Bankı bu barədə məlumatlandırılır.

"Bank of Azerbaijan" hazırda dinamik inkişaf mərhələsindədir və fəaliyyətinin bütün sahələri üzrə böyük islahatlar aparır. Bankın filial şəbəkəsi optimallaşdırılır, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, yeni məhsullar bazara təqdim olunur. Bu dəyişikliklərin tərkib hissəsi olaraq bu yaxınlarda bankdakı kredit faizləri və müvafiq olaraq əmanətlər üzrə faiz dərəcələri azaldılıb. Bu dəyişikliklər bəzi KİV orqanları tərəfindən yanlış istiqamətə yozulub və bankın filiallarında qəbul olunan əmanətlərin qeyda alınmaması kimi yanlış məlumatların yayılmasına səbəb olub.

Hazırda "Bank of Azerbaijan" əhaliyə geniş spektrdə xidmətlər göstərir. 2009-cu ildə Bank yüksək nailiyyətlər əldə edib. Belə ki, Bank aktivlərinin ümumi həcmi 34% artaraq, 146 milyon manatdan artıq təşkil edib.

Xəbər lenti

Xəbər lenti