...

DəmirBank Azərbaycan daxilində "Şimşək" pul köçürmələrinin imkanlarını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 16:11 (UTC +04:00)
DəmirBank Azərbaycan daxilində 7 dəqiqə ərzində pul köçürmələri həyata keçirməyə imkan verən Şimşək köçürmə xidmətlərinin şərtlərində bir sıra dəyişikliklər edib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.
DəmirBank Azərbaycan daxilində "Şimşək" pul köçürmələrinin imkanlarını genişləndirib

Azərbaycan, Bakı, 01 mart / Trend /

DəmirBank Azərbaycan daxilində 7 dəqiqə ərzində pul köçürmələri həyata keçirməyə imkan verən Şimşək köçürmə xidmətlərinin şərtlərində bir sıra dəyişikliklər edib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Dəyişikliklərə əsasən Şimşək sistemi üzrə məbləğlər və tariflər aşağıdakı cədvələ əsasən müəyyən edilib:

Köçürmənin məbləği

AZN

USD / EUR

10 - 50 AZN / USD / EUR

0,5 AZN

1 USD / EUR

50,01 - 100 AZN / USD / EUR

1 AZN

1 USD / EUR

100,01 - 150 AZN / USD / EUR

1,5 AZN

2 USD / EUR

150,01 - 200 AZN / USD / EUR

2 AZN

2 USD / EUR

200,01 - 2000 AZN / USD / EUR

0,5%

0,5%

2000,01 - 20 000 AZN / USD / EUR

0,3%

0,3%

DəmirBank-ın Şimşək sistemi vasitəsi ilə əlverişli şərtlər ilə 3 valyutada - AZN, USD, EUR ölkədaxili pul köçürmələri həyata keçirmək mümkündür. Köçürməni 7 dəqiqə sonra müvafiq filialda almaq olar.

"Şimşək sistemi paytaxtda və ölkənin müxtəlif bölgələrində işləyən və ya təhsil alan şəxslər üçün pul vəsaitini göndərmək / almaq üçün rahat imkanlar yaradır. Nəticədə Şimşək sistemi ilə köçürmələr əhali arasında geniş müştəri rəğbəti qazanıb. Dəyişikliklər əhalinin Şimşək sistemindən istifadə imkanlarının daha da genişləndirilməsinə yönəlib" - İdarə Heyətin Sədir müavini Yusif Cabbarov deyib.

DəmirBank 200-dək ölkə üzrə beynəlxalq pul köçürmə xidmətləri də təklif edir. Bank Western Union, Bıstraya Poçta, Migom, Contact, Zolotaya Korona və Coinstar sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. Pul köçürmələrinin inkişaf proqramına əsasən Bank yaxın gələcəkdə yeni köçürmə sistemlərinə qoşulmaq və digər yeniliklər etmək nəzərdə tutub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Martın birinə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti