...

Azərbaycan sahibkarlarına daha yarım milyon manat həcmində güzəştli kreditlər ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2010 16:54 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda "Regionlarda sahibkarlığin inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir təşkil edib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 400 sahibkar iştirak edib.
Azərbaycan sahibkarlarına daha yarım milyon manat həcmində güzəştli kreditlər ayrılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda "Regionlarda sahibkarlığin inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir təşkil edib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 400 sahibkar iştirak edib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Milli fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və qonşu rayonların sahibkarlarına ümumi miqdarı 530 min manat olan 41 güzəştli kredit ayrılıb. Bu layihələrin həyata keçirilməsi 100-dən çox yeni iş yerinin açılmasına kömək edəcək.

Tədbir iştirakçıları həmçinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına Beyləqan-Taxıl şirkəti tərəfindən 10 min ton tutuma malik taxılın təmizlənməsi və saxlanması üçün anbar kompleksinin inşası üzrə işlərin başa çatması ilə tanış olublar.

2010-cu ilin əvvəlində Azərbaycan sahibkarlarına SKMF xətti ilə 20 milyon manat miqdarında güzəştli şərtlərlə kreditlər ayrılıb ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisini 2 dəfə ötüb.

Aprelin 9-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti