...

Gürcüstanda şaxtaçılar ikihəftəlik tətil elan ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2010 11:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcü şaxtaçıları cümə günü səhər ölkənin qərbində - Zestafoni və Çiatura şəhərlərində tətili bərpa ediblər. Gürcüstan Birləşmiş Həmkarlar İttifaqından (GBHİ) verilən məlumata görə, tətil xəbərdarlıq xarakteri daşıyır və bu dəfə iki həftə davam edəcək.

Həmkarlar İttifaqları aprelin 20-də birgünlük xəbərdarlıq tətili keçirərək, öz tələblərini hakimiyyətə təqdim ediblər. Lakin tələblər təmin olunmayıb.

GBHİ-dən bildirilib ki, son vaxtlar baş verən bədbəxt hadisələr və istehsalat zədələri səbəbindən Həmkarlar İttifaqları və şaxtaçılar birgə tədbirlər həyata keçirmək qərarına gəliblər. Lakin problemlərin həllinin müzakirə olunacağı yerdə - Zestafoni və Çiaturada görüşlər təzyiq və nəzarət altında keçib.

İnsidentlərə baxmayaraq, toplantının qərarı ilə Tətil Komitəsi yaradılıb və tələblərin əks olunduğu məktub təsdiqlənib. Bu tələblər sırasında əmək haqlarının 50 faiz artırılması, ödənişli məzuniyyətin 35 gün həcmində müəyyən olunması, müddətsiz əmək müqavilələrinin hazırlanması, əmək şəraitinin yaxşılaşdırılması və digər tələblər var.

Xəbər lenti

Xəbər lenti