Аzərbaycan, Bakı, 19 may /Trend, müxbir N.İsmayılova/
Mayın 17-də Tokioda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi altında yaradılan Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının altıncı iclası çərçivəsində Azərbaycan - Yaponiya investisiya forumu keçirilib, - çərşənbə axşamı nazirlikdən yayılan məlumatda belə deyilir.
Tədbirdə iqtisadiyyat, kənd təsərrüfatı, bank işi, turizm, ticarət, əczaçılıq, sənaye, nəqliyyat sahələrində fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib.
Tədbirdə Azərbaycanın alternativ və bərpa olunan enerji ehtiyatları, kənd təsərrüfatı, malların istehsalı, turizm sahəsindəki iqtisadi imkanları göstərilib və həmçinin, ölkədə investisiya mühiti müzakirə olunub.
Forum çərçivəsində sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi imkanları üzrə işgüzar görüşlər keçirilib.
Azərbaycan tərəfdən dövlət komissiyasının həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və İTOCHU korporasiyasının prezidenti Akiro Yokotadır.