...

Azərbaycanda "Bəhrə" əmtəə nişanlı məhsulların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2010 19:11 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 1, ev 35 ünvanında yerləşən "Unikal" yeyinti məhsullarının istehsalı müəssisəsində istehsal edilmiş "Bəhrə" əmtəə nişanlı keks və biskvitlərin satışının dayandırılması barədə müəssisənin sahibi Hikmət Hüseynova icrası məcburi göstəriş verilib.
Azərbaycanda "Bəhrə" əmtəə nişanlı məhsulların satışı dayandırılıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 1, ev 35 ünvanında yerləşən "Unikal" yeyinti məhsullarının istehsalı müəssisəsində istehsal edilmiş "Bəhrə" əmtəə nişanlı keks və biskvitlərin satışının dayandırılması barədə müəssisənin sahibi Hikmət Hüseynova icrası məcburi göstəriş verilib. Bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir.

Artıq saxlama müddəti ötmüş 7,6 ton keks və biskvit qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu istiqamətdə nəzarət tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti