...

Azərbaycan paytaxtında 5,7 min ədəd pirat DVD-disk satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2010 18:49 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə audiovizual sənaye məhsullarının satışı zamanı haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə daxil olmuş şikayət əsasında Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 5 ünvanında Jenhui Jenqə məxsus mağazada audiovizual sənaye məhsullarının satışının qanunauyğunluğu yoxlanılıb.
Azərbaycan paytaxtında 5,7 min ədəd pirat DVD-disk satışdan çıxarılıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə audiovizual sənaye məhsullarının satışı zamanı haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə daxil olmuş şikayət əsasında Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 5 ünvanında Jenhui Jenqə məxsus mağazada audiovizual sənaye məhsullarının satışının qanunauyğunluğu yoxlanılıb. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Yoxlama zamanı xarici ölkələrin istehsalı olan 5,7 min ədəd pirat DVD-disk aşkar edilərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq satışdan çıxarılıb və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb.

Pirat DVD-lər satmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə yol verdiyinə görə Jenhui Jenq barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti