...

"Bank of Baku" yeni "Güzəştli kreditlər" kampaniyasına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 11:56 (UTC +04:00)
"Bank of Baku" daha əlverişli şərtlərlə yeni "Güzəştli kreditlər" kampaniyasına start verib. Bu barədə bankın məlumatında deyilir.
"Bank of Baku" yeni "Güzəştli kreditlər" kampaniyasına start verib

Azərbaycan, Bakı, 16 iyun /Trend/

"Bank of Baku" daha əlverişli şərtlərlə yeni "Güzəştli kreditlər" kampaniyasına start verib. Bu barədə bankın məlumatında deyilir.

Təhsil və səhiyyə sahəsində çalışan işçilər, bankda müsbət kredit tarixinə malik müştərilər ("Bank of Baku"dan kredit götürən və vaxtında ödənişlər həyata keçiriən müştərilər), eləcə də bankın tərəfdaş şirkətlərinin işçiləri üçün nəzərdə tutulan kampaniya avqustun 30-dək davam edəcək.

Belə ki, təhsil və səhiyyə sahəsində çalışan işçilər bundan sonra "Bank of Baku"dan artıq 12 ay müddətinə deyil, 18 aylıq nağd kredit götürə biləcəklər. Bu zaman kreditin həcmi 1 850 dollar məbləğində deyil, 2 500 dollar həcmində olacaq.

"Bank of Baku"da müsbət kredit tarixinə malik müştərilər bankdan artıq 24 ay müddətinə 4 500 dollaradək nağd kredit götürüə biləcəklər. Bundan başqa, "Bank of Baku" öz müştərilərinə bu kampaniya ilə daha bir imtiyazdan istifadə etmək şansı verir: indi bank 6 ay müddətində yalnız hesablanmış faizlərin ödənilməsi imkanı verir.

Bankın tərəfdaş şirkətlərinin, eləcə də dövlət müəssisələrinin və iri özəl şirkətlərin işçiləri artıq "Bank of Baku"dan 18 ay müddətinə deyil, 24 aylıq nağd kredit götürə biləcəklər. Bu zaman kreditin həcmi orta aylıq əmək haqqının (3 500 manatdan çox olmamaqla) beşqat məbləğinə çatacaq.

Xəbər lenti

Xəbər lenti