...

"Unileasing" yerli kommersiya banklarına bankomatların alınması üzrə xüsusi təklif təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2010 16:24 (UTC +04:00)
Azərbaycanın "Unileasing" lizing şirkəti yerli kommersiya banklarına bütün dünyada banklar və digər maliyyə institutları üçün qərar və xidmətlərin ən iri tədarükçüsü olan NCR şirkətinin məhsulları üzrə xüsusi təklif təqdim edib.
"Unileasing" yerli kommersiya banklarına bankomatların alınması üzrə xüsusi təklif təqdim edib

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın "Unileasing" lizing şirkəti yerli kommersiya banklarına bütün dünyada banklar və digər maliyyə institutları üçün qərar və xidmətlərin ən iri tədarükçüsü olan NCR şirkətinin məhsulları üzrə xüsusi təklif təqdim edib. Bu barədə şirkətin çərşənbə günü verdiyi məlumatda deyilir.

Xüsusi təklif çərçivəsində respublikanın maliyyə institutları yüksək keyfiyyətli NCR SelfServ 25 (divar) və NCR SelfServ 22 (ofisin daxilində quraşdırmaq üçün) bankomatlarını əldə etmək imkanı qazanırlar. Bankomatlar şirkətin Bakıdakı anbarlarından bazar qiymətlərindən aşağı (21 000 manat) qiymətə satılır.

Yerli bazarın lideri "Unileasing" şirkəti ilə layihə çərçivəsində bu bankomatları aylıq 522 manatdan ödəməklə 60 ayadək müddətə ilkin ödənişsiz lizinqlə əldə etmək mümkündür.

NCR SelfServ bankomatları tranzaksiya axınının orta və yüksək intensivliyinə hesablanıb və nağd vəsaitlərin verilməsini təmin edir. Eləcə də hesabların ödənişi, vəsait köçürülməsi, mobil telefonun balansının doldurulması və hesabdan mini çıxarışlar və digər bu kimi xidmətlərin geniş çeşidini təklif edir.

Yüksək əlverişliliyə, səmərəliliyə və universallığa uyğunlaşdırılan oturacağın kiçik sahəsi NCR SelfServ bankomatlarını Azərbaycanda bank təşkilatlanması üçün ideal həll edir.

Məlumatda bildirilir ki, aksiyanın müddəti məhduddur, qiymətlər ƏDV nəzərə alınmadan göstərilib.

Xəbər lenti

Xəbər lenti