Аzərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ü.İsmayılova/
Yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi 0,4 faiz artıb. Bu barədə bazar ertəsi Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir.
İyunun 1-nə olan nəticələrə görə, ərazilərdə 352,5 min hektar yazlıq əkin hazırlanıb.
Beləliklə, günəbaxan tumu əkininin ümumi həcmi 18,4 faiz, pambıq 47,4 faiz, tütün 28,6 faiz, şəkər çuğunduru 11,6 faiz, tərəvəz 5 faiz, çoxillik bitkilər isə 9,4 faizə qədər artıb.
Son aylarda ölkə ərazisində yağan aramsız yağışlar kənd təsərrüfatı məhsullarının istehsalına əhəmiyyətli dərəcədə təsir göstərib. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Beləliklə, yanvar-may ayları ərzində 1,8 min hektar torpaq ərazidən cəmi 4 min ton taxıl alınıb ki, bu göstərici də ötən ilin analoji dövründə 8,6 min hektar ərazidən 17,9 min ton taxıl təşkil etmişdi.
Taxılla yanaşı, əkin sahələrindən 47,5 min ton kartof, 60,5 min ton tərəvəz, 4,4 min ton meyvə və giləmeyvə, həmçinin 247 ton yaşlı çay yığılıb.
"Yaşıl çayla yanaşı, digər məhsulların istehsalı ötən ilin analoji dövr göstəricisinə nisbətən aşağı düşüb", - məlumatda deyilir.
Aramsız yağan yağışlar heyvandarlıq sahəsi üçün yem bitkilərinin inkişafına təsir göstərib ki, bu da nəticədə ət və süd məhsulları istehsalının artmasına səbəb olub. Yanvar-may aylarında ölkədə 120,1 min mal-qara və quş əti, 601,9 min ton süd, 508,6 milyon ədəd toyuq yumurtası, 10,7 min ton yun istehsal olunub. Bütün bu göstəricilər ötən ilin analoji dövrünə nisbətdə müvafiq olaraq 0,1 faiz, 4,6 faiz, 0,7 faiz və1,5 faiz artıb.