...

Azərbaycan Prezidenti Lənkəranda konserv zavodunun açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2010 15:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev özünün Lənkəran rayonuna səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Lənkəranda konserv zavodunun açılışında iştirak edib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev özünün Lənkəran rayonuna səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Azərbaycan Prezidenti müəssisə ilə yaxından tanış olub. Verilən məlumata görə, son illər Lənkəranda yeni müəssisələrin istismara verilməsi müntəzəm xarakter alıb. Bu müəssisələrin rəqabətqabiliyyətliliyi və məhsullarının keyfiyyəti, ilk növbədə, ölkənin ixrac potensialının möhkəmlənməsinə xidmət edir.

Zavodun ümumi sahəsi 10 hektar təşkil edir. 2008-ci ilin mayında başlanan tikinti işləri 2010-cu ilin martında başa çatıb. Müəssisə 3 əsas binadan - inzibati korpusdan, istehsal və soyuducu sexlərindən ibarətdir. Zavod saatda 30 ton məhsulu qəbul etmək gücündədir. Müəssisədə şüşə qablar xətti, bütün növ cemlərin, bal, şoraba və meyvə şirələrinin doldurulması xətti mövcuddur.

İtaliyanın məşhur Podovan şirkətinin müasir avadanlıqlarının quraşdırıldığı müəssisədə tutumu iki min ton olan doqquzkameralı soyuducu anbarlar tikilib.

Müəssisə tam gücü ilə işləyəndə onun işçilərinin sayı 350 nəfər olacaq.

Prezident İlham Əliyev istehsal xəttini işə salıb və məhsulun buraxılma prosesi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti