...

Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içkilərin istehsalı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2010 18:24 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Golden Graal" limonad və qazlı sularından nümunələr götürülərək, laborator müayinəyə göndərilib və bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeks) miqdarının normadan çox olduğu müəyyən edilib. Bu barədə Dövət Xidmətinin cümə günü yayılan məlumatında deyilir.
Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içkilərin istehsalı dayandırılıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Golden Graal" limonad və qazlı sularından nümunələr götürülərək, laborator müayinəyə göndərilib və bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeks) miqdarının normadan çox olduğu müəyyən edilib. Bu barədə Dövət Xidmətinin cümə günü yayılan məlumatında deyilir.

Nümunələrin laborator müayinəsi nəticəsində, "Golden Graal" şaftalı, albalı nektar və şirələrində quru maddənin və titrlənən turşuların kütlə payının normadan az, "Golden Graal" düşes, tərxun, qızılgül limonadlarında və qazlı sularda bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeks) miqdarının normadan çox olduğu və bu məhsulların istifadə üçün yararsızlığı müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında satışı dayandırılan 8,5 min litr limonad, nektar, şirə və qazlı suların, mənşəyi bəlli olmayan 0,5 min litr saxta qazsız suların məhv edilməsi, eyni zamanda, limonad, nektar, şirə və qazlı suların istehsalının təxirə salınmadan dayandırılması barədə məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti