...

Azərbaycan bankı "Bank Standard"ın VİSA kart sahibləri güzəştli kampaniyanın iştirakçıları olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2010 15:01 (UTC +04:00)
Azərbaycan bankı "Bank Standard" "Visa-HotelClub" proqramı çərçivəsində 2011-ci ilin mart ayının 8-dək davam edəcək kampaniyada "Visa" plastik kart sahibləri internet vasitəsilə dünyanın 130 ölkəsində yerləşən butiktipli mehmanxanalardan tutmuş, beşulduzlu otel şəbəkəsinədək 50 mindən artıq oteldə 75%-dək endirim əldə edə bilərlər. Bu barədə bankın məlumatında deyilir.
Azərbaycan bankı "Bank Standard"ın VİSA kart sahibləri güzəştli kampaniyanın iştirakçıları olublar

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan bankı "Bank Standard" "Visa-HotelClub" proqramı çərçivəsində 2011-ci ilin mart ayının 8-dək davam edəcək kampaniyada "Visa" plastik kart sahibləri internet vasitəsilə dünyanın 130 ölkəsində yerləşən butiktipli mehmanxanalardan tutmuş, beşulduzlu otel şəbəkəsinədək 50 mindən artıq oteldə 75%-dək endirim əldə edə bilərlər. Bu barədə bankın məlumatında deyilir.

Bankdan bildirilib ki, kampaniyadan faydalanmaq istəyən "Visa" kart sahibləri səfərə çıxmazdan əvvəl www.hotelclub.com/visa saytında yerləşdirilmiş geniş siyahıdan münasib mehmanxana seçib, endirimli qiymətə otaq sifariş verə bilərlər. Sifarişlər həm təcili qaydada, həm də 12 ayadək qabaqcadan verilə bilər.

Kampaniyada "Bank Standard" tərəfindən buraxılan bütün "Visa" plastik kartları iştirak edir.
Qeyd edək ki, "AB Standard" Şirkətlər Qrupuna daxil olan "Bank Standard" QSC 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.

Xəbər lenti

Xəbər lenti