...

Azərbaycan xarici banklardan AİB-in zəmanəti ilə enerji layihəsinin maliyyələşdirilməsi üzrə kredit sazişinin son variantını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2010 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan hökuməti Asiya İnkişaf Bankının (AİB) zəmanətli dəstəyi ilə respublikada 760 meqavat gücə malik "Cənub" istilik-elektrik stansiyasının tikinti layihəsinin maliyyələşdirilməsinə cəlb edilən kommersiya bankları konsorsiumundan kredit sazişinin son variantını gözləyir. Bu barədə çərşənbə günü "Azərenerji" ASC-dən bildiriblər.

"Kommersiya bankları ilə AİB-in zəmanətli dəstəyi əsasında 232,32 milyon dollar məbləğində təsdiqlənmiş kreditin cəlb edilməsi predmeti üzrə danışıqlar prosesi hələ ki davam edir", - mənbə bildirib. - "Biz kredit sazişinin son variantını gözləyirik, lakin yay fəsli olduğundan, banklar bu prosesi yubadır".

Konsorsiuma üç bank - "Societe Generale", "BNP Paribas" və "City Bank" daxildir.

Bu layihənin maliyyələşdirilməsi üçün üç bankın - "Bayerische landesbank", "Societe Generale" və "Credit Suisse" konsorsiumundan artıq 300 milyon avro maliyyə vasaiti alınıb. Kredit dövlət zəmanəti ilə 10 il muddətinə verilib.

İslam İnkişaf Bankı (İİB) cari il oktyabrın 20-də maliyyələşmənin 134 milyon avro məbləğinə razılıq verib. Asiya İnkişaf Bankı (AİB) da öz növbəsində, Azərbaycan hökumətinə kommersiya banklarından 20 milyon dollaradək kreditlərin cəlbinə zəmanətli dəstək göstərməyə hazır olduğunu ifadə edib. Bununla əlaqədar 2010-cu ilin iyulunda kredit sazişi imzalanıb. Bank konsorsiumunun kredit resursları stansiyanın inşası ilə bağlı işlərin dəyərinin yarısını əhatə edir.

Əbu-Dabi İnkişaf Fondunun Direktorlar Şurası da 60 milyon dolların ayrılmasını təsdiqləyib.

"Cənub" stansiyası həm qazla, həm də mazutla işləyəcək.

Xəbər lenti

Xəbər lenti