...

"DəmirBank"ın aktivləri il ərzində 30 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 15:29 (UTC +04:00)
2010-cu il avqustun 1-nə "DəmirBank"ın aktivləri 292,2 mln manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 68,3 mln manat və ya 30,5% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 42,5 mln manat və ya 25,5% artaraq, 208,9 mln manata çatıb. Bu barədə bankın məlumatında deyilir.
"DəmirBank"ın aktivləri il ərzində 30 faizdən çox artıb

Azərbaycan, Bakı, 23 avqust /Trend/

2010-cu il avqustun 1-nə "DəmirBank"ın aktivləri 292,2 mln manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 68,3 mln manat və ya 30,5% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 42,5 mln manat və ya 25,5% artaraq, 208,9 mln manata çatıb. Bu barədə bankın məlumatında deyilir.

2010-cu il avqustun 1-nə bankda müştəri depozitlərinin həcmi 101,8 mln manat olub. Əhalinin əmanətlərinin həcmi 2010-cu il avqustun 1-nə 82,2 mln manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə, bu göstərici 52,9% və ya 28,4 mln manat çoxdur.

Bankın nizamnamə kapitalı bu dövrdə 19 mln manat, məcmu kapitalı isə 48 mln manat olub.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiyanın İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti