Аzərbaycan, Bakı, 24 avqust /Trend/
Azərbaycanda "Xalq Bank"ın yeni filialı - "Şabran" fəaliyyətə başlayıb. Bu barədə bankdan verilən məlumatda deyilir.
Yeni filial Şabran ş., H.Əliyev küç. - 115a ünvanında yerləşir və bankın doqquzuncu regional filialı hesab olunur.
Filial sakinlər və regionun müəssisələrinə tam şəkildə bank xidmətləri və valyuta mübadiləsi əməliyyyatları, plastik kartlarla əməliyyatlar, depozit qoyuluşu, müxtəlif kredit növləri, hesab-kassa xidməti, təcili puı köçürmələri kimi universal maliyyə institutunun məhsullarını təqdim edəcək.
Hazırda "Xalq Bank"ın xidmət şəbəkəsi ölkənin paytaxt və regionlarında 12 filial və iki şöbədən ibarətdir. Bu il daha bir neçə filialın açılışı planlaşdırılır.