Azərbaycan, Bakı, 26 avqust /Trend/
Dövlət Sığorta Nəzarəti Xidmətinin statistik məlumatlarının rəsmi nəticələrinə görə, "Azsığorta" Sığorta Şirkəti yarandığı andan ilk dəfə olaraq mükafatların yığımı üzrə üçüncü yerə çıxıb. Bu barədə şirkətin məlumatında deyilir.
2010-cu ilin yanvar-iyulunda sığorta mükafatlarının həcmi 7,67 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25 faizdən çoxdur.
2009-cu ilin yanvar-iyul aylarında şirkətin xalis mənfəəti 1,327 milyon manat, 2010-cu ilin analoji dövründə isə 3,947 milyon manata çatıb. Artım 200 faiz təşkil edib.
"Azsığorta" 2006-cı ilin noyabrında yaradılıb. Bu günə şirkətin nizamnamə kapitalı 4,643 milyon manat təşkil edir. Şirkətdə 180-dən artıq əməkdaş çalışır. "Azsığorta" 32 könüllü və beş icbari növ üzrə xidmətlər təqdim edir.