...

Azərbaycan və Bolqarıstan özəlləşdirmə sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2010 15:11 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstanın Özəlləşdirmə və Özəlləşmədən sonra Nəzarət Agentliyi əməkdaşlığa dair memorandum imzalayıblar. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan və Bolqarıstan özəlləşdirmə sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstanın Özəlləşdirmə və Özəlləşmədən sonra Nəzarət Agentliyi əməkdaşlığa dair memorandum imzalayıblar. Bu barədə Dövlət Komitəsinin cümə axşamı yayılan məlumatında deyilir.

Özəlləşdirmə və Özəlləşmədən sonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolov Bakıya səfərə gəlib. Onun səfəri sentyabrın 22-dən 26-dək davam edəcək.

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun sözlərinə görə, Dövlət Komitəsi beynəlxalq münasibətlərə böyük əhəmiyyət verir və fəaliyyətinin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədən istifadəni zəruri hesab edir.

Onun sözlərinə görə, ölkədə həyata keçirilən özəlləşdirmə prosesi iqtisadi artım vasitələrindən biridir. Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran başlıca məsələlər dövlət əmlakı üzərində idarəetmənin təkmilləşdirilməsi, özəlləşdirmə prosesinin sürətləndirilməsi və bu prosesdə şəffaflığın daha da artırılması, bu sahəyə əlavə investisiyaların cəlb olunmasına dair aparılan dövlət siyasətinin səmərəli şəkildə həyata keçirilməsi, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin bərpası və inkişaf etdirilməsi, özəlləşdirilən müəssisələrdə yeni iş yerlərinin açılmasından ibarətdir.

Karanikolov Bolqarıstanda həyata keçirilən iqtisadi islahatlardan və özəlləşdirmədən məlumat verib. Görüş çərçivəsində iki ölkənin özəlləşdirmə qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də bu sahədəki təcrübələrin artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkil olunması və informasiya mübadiləsi sahəsində müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti