...

Azərbaycanın qərb regionunda sahibkarlara yarım milyon manatdan çox güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2010 19:03 (UTC +04:00)
Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 542 min manat güzəştli kreditlər verilib.
Azərbaycanın qərb regionunda sahibkarlara yarım milyon manatdan çox güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 542 min manat güzəştli kreditlər verilib. Bu barədə cümə günü nazirlikdən verilən məlumatda deyilir.

Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Cümə günü Sahibkarlığa Kömək Milli Fondu Azərbaycanın Qazax rayonunda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-yə yaxın sahibkarın iştirak etdiyi növbəti tədbir keçirib.

Tədbir çərçivəsində Qazax iqtisadi rayonunda güzəştli maliyyə layihələri üçün müəyyən prioritetlər müəyyən olunub.

Tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış "Meqas" MMC-nin Şəmkir rayonunda 1000 ton olan soyuducu anbarının, "AzAqro" MMC-nin illik istehsal gücü 2 min ton olan istixana kompleksinin fəaliyyətinə və "Premyer" MMC-nin Tovuz rayonunda inşa etdirdiyi tutumu 1,5 min ton olan soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçiriblər.

Həmçinin ,SKMF biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə sahibkarlara ətraflı məlumatın verildiyi treninq keçirib.

Oktyabrın 8-nə olan rəsmi məzənnə 0,8021 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti