...

Azərbaycanda 104 min ədəddən çox saxta elektrik qurğuları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 18:08 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sabunçu rayonunda yerləşən müəssisədə aparılan yoxlama zamanı müəssisədə yığılan elektrik tənzimləyicilərinin satışı prosesində pozuntular aşkarlanıb.
Azərbaycanda 104 min ədəddən çox saxta elektrik qurğuları aşkarlanıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sabunçu rayonunda yerləşən müəssisədə aparılan yoxlama zamanı müəssisədə yığılan elektrik tənzimləyicilərinin satışı prosesində pozuntular aşkarlanıb. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Məlumatda deyildiyinə görə, yığılması bu müəssisədə aparılan elektrik tənzimləyiciləri saxtalaşdırılaraq Türkiyə istehsalı kimi "El-Bi" adı ilə markalandığı, üzərində 3 il zəmanət müddəti göstərilən Türkiyə istehsalı olan "Bdy-Kalmaksan" adlı işıqlandırıcıların zəmanət verilmədən, Çin Xalq Respublikasında istehsal edilmiş "Bronco" generatorlarının isə uyğunluq sertifikatı olmadan satıldığı müəyyən edilib.

Yoxlama zamanı etiketində Çində istehsal edildiyi göstərilən, lakin üzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik avadanlıqları da aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, 104,4 min ədəd müxtəlif elektrik avadanlıqlarının, 749 ədəd "Bdy-Kalmaksan" adlı işıqlandırıcıların, 115 ədəd "Bronco" adlı generatorların və 13 ədəd "El-Bi" adlı elektrik tənzimləyicilərinin satışının dayandırılması və bu malların ticarət şəbəkəsindən geri yığılması barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti