...

Manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit olaraq qalacaq - Azərbaycanın iqtisadi inkişaf naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2010 07:07 (UTC +04:00)
2011-ci ildə və növbəti üç il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artımı sürətləndiriləcək. Gələn il və ortamüddətli perspektivdə qeyri-neft sektorun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək, bunu çərşənbə axşamı AzTV dövlət telekanalının efirində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit olaraq qalacaq - Azərbaycanın iqtisadi inkişaf naziri

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

2011-ci ildə və növbəti üç il ərzində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artımı sürətləndiriləcək. Gələn il və ortamüddətli perspektivdə qeyri-neft sektorun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək, bunu çərşənbə axşamı AzTV dövlət telekanalının efirində Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit olaraq qalacaq və 80,4 qəpik səviyyəsində olacaq.

"Gələn il və ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının şaxələndirməsi istiqamətində aparılan işlər davam etdiriləcəkdir. Bu ilin doqquz ayının nəticələrinə görə artıq görürük ki, şaxələndirmə istiqamətində artıq nəticələr əldə olunmuşdur" deyə nazir bildirib.

Mustafayevin sözlərinə görə, 2010-ci ilin doqquz ayının nəticələrinə görə, ölkənin ÜDM-i artımı 4,1 faiz təşkil edib, qeyri-neft sektorun artım tempi isə artıq neft sektorun artım tempini üstələyərək 5,2 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti