...

Azərbaycanda saxta kabel və naqillərin istehsalı və satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2010 17:30 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Kauçuk" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə "Qranit" firmasının "Türksan kablo" əmtəə nişanından qanunsuz istifadə edərək elektrik kabel və naqillərinin istehsal olunduğu, eləcə də elektrik kabel və naqillərin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium boruların uyğunluq sertifikatının olmadığı müəyyən edilib.
Azərbaycanda saxta kabel və naqillərin istehsalı və satışı dayandırılıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı-Quba şosesində yerləşən "Kauçuk" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə "Qranit" firmasının "Türksan kablo" əmtəə nişanından qanunsuz istifadə edərək elektrik kabel və naqillərinin istehsal olunduğu, eləcə də elektrik kabel və naqillərin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium boruların uyğunluq sertifikatının olmadığı müəyyən edilib. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Yoxlama zamanı, həmçinin, müəssisənin anbarında məhsulların qablaşdırılmasında istifadə edilən normativ sənədlərin tələblərinə uyğun olmayan bükmə materialları, kağız etiketlər və həmin materiallardan və etiketlərdən istifadə edilməklə qablaşdırılmış elektrik naqilləri aşkar olunub.

Yol verilmiş qanun pozuntuları ilə ə­laqədar elektrik kabel və naqillərinin, plastik qapı və pəncərə rezinlərinin, havaçəkən alüminium borularının istehsalı və satışının, həmçinin müəssisənin anbarında aşkar edilmiş 27,1 min metr elektrik kabel və naqillərin, 2,6 ton plastik qapı və pəncərə rezinlərinin, 1,3 min ədəd havaçəkən alüminium boruların satışının, "Türksan kablo" əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, eyni zamanda, naqillərin qablaşdırılmasında istifadə edilən 352 kq saxta bükmə materiallarının, habelə 3,8 min ədəd saxta kağız etiketin məhv edilməsi barədə "Kauçuk" MMC-yə icrası məcburi göstəriş verib.

Xəbər lenti

Xəbər lenti