...

Azərbaycanın lizinq şirkətinin səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2010 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Axundov/

Noyabrın 22-dən etibarən Bakı Fond Birjasında (BFB) "Qafqaz Lizinq" ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. Bu barədə birjanın məlumatında deyilir.

"Şirkət birjaya səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət edib", - məlumatda deyilir.

Bundan əvvəl Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qazqaz Lizinq" ASC-nin 408 min manat məbləğində adi adlı sənədsiz səhmlərinin emissiya prospektlərini qeydə alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olmaqla 408 səhm buraxılıb.

Şirkətin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir. Səhmlərin yerləşdirilməsi nəticəsində şirkətin kapitalı 1,9 milyon manata çatdırılacaq.

"Qafqaz Lizinq" şirkəti 2007-ci il oktyabrın 3-da yaradılıb. Şirkətin səhmlərinin 100 faizi "Qafqaz Lizinq"in təsisçisi olan Türkiyənin NAB Şirkətlər Qrupuna daxildir.

Noyabrın 20-nə olan rəsmi məzənnə 0,8 ASZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti