...

Almatı-Bakı aviareysi hava şəraitinin pisləşməsi səbəbindən yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2010 14:15 (UTC +04:00)
Almatı-Bakı reysinin çatma vaxtı Almatı aeroportunda pisləşən hava şəraiti səbəbindən məlum deyil.
Almatı-Bakı aviareysi hava şəraitinin pisləşməsi səbəbindən yubanır

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir E.İsmayılov/

Almatı-Bakı reysinin çatma vaxtı Almatı aeroportunda pisləşən hava şəraiti səbəbindən məlum deyil. Bu barədə şənbə günü "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildiriblər.

AZAL-dan dediklərinə görə, Almatıdan Bakıya təyyarənin gəlmə vaxtı barədə saat 15:00-dan (Bakı vaxtı ilə) sonra danışmaq olar.

Təyyarə Almatıdan Bakıya dünən saat 11:55-də gəlməli idi, lakin əlverişsiz meteoroloji şərait səbəbindən yubadılıb. Buna uyğun olaraq, Bakı-Almatı reysi də gecikdirilib.

Bu istiqamət üzrə reysləri Qazaxıstanın "Air Astana" aviaşirkəti həyata keçirir. Şirkətin mətbuat xidməti bu gün məlumat verib ki, "Air Astana"nın bütün aviareysləri Almatı aeroportundan meteoroloji şəraitin pisləşməsi səbəbindən yubadılır.

Noyabrın 26-da Almatı aeroportunda qatı duman səbəbindən "Air Astana" aviaşirkətinin 11 reysi ləğv edilib, yeddi reys noyabrın 27-nə keçirilib.

Xəbər lenti

Xəbər lenti