...

Noyabrda Azərbaycanda vergi qanunvericiliyinin 1492 pozucusu aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr/Trend/

Azərbaycan Vergilər Nazirliyi tərəfindən keçirilən operativ nəzarət tədbirlərinin yekunları üzrə 1492 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə nazirliyin şənbə günü saytında dərc edilən məlumatında deyilir.

Bu zaman 1003 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 68 vergi ödəyicisində xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib.

Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 224 vergi ödəyicisi aşkar edilib, 166 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 136 vergi ödəyicisində 139 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 60 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 62 vergi ödəyicisində 3967.3 manat dəyərində 1163 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

Xəbər lenti

Xəbər lenti