...

Azərbaycanın Antiinhisar Xidməti elektrik naqilləri istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 20:10 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı ilə əlaqədar elektrik kabelləri və naqillərinin istehsalı ilə məşğul olan "Azərgöktel" MMC-yə qarşı 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanın Antiinhisar Xidməti elektrik naqilləri istehsalçısına qarşı maliyyə sanksiyası tətbiq edib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı ilə əlaqədar elektrik kabelləri və naqillərinin istehsalı ilə məşğul olan "Azərgöktel" MMC-yə qarşı 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Bu şirkətə qarşı "Haqsız rəqabət haqqında" qanunun pozulmasına görə iş açılıb.

Dövlət Xidmətinin apardığı yoxlamalar nəticəsində etiketləri normativ sənədlərin tələblərinə cavab verməyən 92,4 min metr elektrik naqili və 191,3 kiloqram saxta qablaşdırma materialı aşkar edilib. Dövlət Xidməti "Azərgöktel" MMC-də kabel və naqillərin istehsalını və satışını dayandıraraq, müəssisəyə 191,3 kiloqram saxta qablaşdırma materialının məcburi qaydada məhv edilməsi barədə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti