Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan növbəti monitorinqlər zamanı ümumi çəkisi 230 kq-dan artıq olan saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.
Monitorinqlər Bakının Xətai, Nərimanov, Nəsimi və Yasamal rayonlarında, Ucar, Qusar cə Qazax rayonlarında və Bərdə, Daşkəsən, Zaqatala və Mingəçevir şəhərlərində aparılıb.
Mağazalarda ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.