...

2011-ci il Azərbaycanda turizm sahəsində yüksəliş ili olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 14:34 (UTC +04:00)
Prezident İlham Əliyevin 2011-ci ilin "Turizm ili" elan olunmasını təklif etməsi turizm sahəsində çalışanları sevindirib. "AtaTurizm" MMC-nin direktoru Vüsal Əliyev Trend-ə müsahibəsində deyir ki, Azərbaycan iqtisadiyyatının inkişafı turizm sektorunda da özünü göstərir və ilin turizmə həsr olunması bu sahənin daha da müasirləşməsinə gətirib çıxaracaq.
2011-ci il Azərbaycanda turizm sahəsində yüksəliş ili olacaq

Аzərbaycan, Bakı, 8 fevral /Trend/

Prezident İlham Əliyevin 2011-ci ilin "Turizm ili" elan olunmasını təklif etməsi turizm sahəsində çalışanları sevindirib. "AtaTurizm" MMC-nin direktoru Vüsal Əliyev Trend-ə müsahibəsində deyir ki, Azərbaycan iqtisadiyyatının inkişafı turizm sektorunda da özünü göstərir və ilin turizmə həsr olunması bu sahənin daha da müasirləşməsinə gətirib çıxaracaq.

- Azərbaycan iqtisadiyyatı hər il inkişaf edir. 2010-cu il də belə illərdən biri olub. Turizm sahəsi də iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biri kimi qalmaqda davam edib. Biz Azərbaycan dövlətinin bu sahəyə xüsusi diqqət yetirdiyini müşahidə edirik. Azərbaycanda turizm dövlət proqramları yolu ilə də dəstəklənir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Azərbaycan bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edir, dünyanın ən tanınmış şirkətləri, insanları əlaqələr qurmaq üçün bura gəlirlər. Həmçinin, Azərbaycan turizm imkanlarını təbliğ etmək məqsədi ilə dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərinə qatılır, dünyanın aparıcı televiziya kanallarında reklam çarxları yayımlanır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fədakarlığı sayəsində Azərbaycan xalqına məxsus aşıq-ozan sənəti, muğam və xanəndəlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu da ümumdünya dəyəri qazanan mədəni irs nümunələri ilə yaxından tanış olmaq istəyənlərin Azərbaycana baş çəkməsinə gətirb çıxarır.

Azərbaycanda turizm sahəsində çalışacaq kadrların yetişdirilməsi məsələsi də həll olunur. 2006-cı ildə yaradılmış Azərbaycan Turizm İnstitutunun 2010-cu ilin mayında ilk buraxılışı olub.

"AtaHoldinq" Şirkətlər Qrupuna daxil olan "AtaTurizm" MMC turizmin bir sıra istiqamətlərində fəaliyyət göstərsə də, ən böyük işimiz otelçilikdir. "Excelsior Hotel Baku" oteli "AtaTurizm" MMC tərəfindən idarə olunur. 2005-ci ildə istifadəyə verilmiş "Excelsior Baku" mehmanxanası turizmin inkişafının bir göstəricisidir. Lüks hotellər sinifinə aid olan hotelimiz dünyanın ən qabaqcıl hotellərindən geri qalmır. İncə zövqlə tikilmiş hotel memarlıq nöqteyi-nəzərindən də cəlbedicidir. "Excelsior Hotel Baku" mehmanxanasında 61 qonaq otağı, sağlamlıq və əyləncə mərkəzi, restoranlar, kafe və bar fəaliyyət göstərir. Heydər Əliyev adına Beynəlxalq hava limanından 15 dəqiqəyə hotelimizə gəlmək mümkündür.

Turizm potensialının iqtisadi-sosial inkişafdakı rolunu düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ili turizm ili elan olunmasını təklif etməsi bizi sevindirdi. Bu ilə töhfəmizi vermək üçün tərəfimizdən tədbirlər planı hazırlanır, göstərilən xidmətlərin artırılması nəzərdə tutulur. Hotelmizə gələcək qonaqlara Azərbaycan turizminin özəllikləri haqqında daha ətraflı məlumatların verilməsi həyata keçiriləcək. Ümid edirik ki, 2011-ci il turizm sahəsində yüksəliş ili olacaq və ilin turizmə həsr edilməsi hotelçilik sahəsində də canlanma yaradacaq.

Xəbər lenti

Xəbər lenti