...

Azərbaycan Vergilər Nazirliyi korrupsiyaya qarşı mübarizəni gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2011 18:10 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi korrupsiyaya qarşı mübarizəni daha da sərtləşdirəcək. Bu barədə cümə günü vergilər naziri Fazil Məmmədov deyib.
Azərbaycan Vergilər Nazirliyi korrupsiyaya qarşı mübarizəni gücləndirir

Azərbaycan, Bakı, 11 fevral/Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi korrupsiyaya qarşı mübarizəni daha da sərtləşdirəcək. Bu barədə cümə günü vergilər naziri Fazil Məmmədov deyib.

"Korrupsiyaya qarşı mübarizə daha da sərtləşdiriləcək və bel hallar baş verərsə, onların aradan qaldırılması üçün bütün bölmələrə, o cümlədən nəzarəti həyata keçirən bölmələrə tapşırıqlar veriləcək", - Məmmədov bildirib.

Onun sözlərinə görə, belə faktlar aşkarlanan zaman onlar araşdırılacaq və fəaliyyətlərində nöqsanlar aşakar edilən əməkdaşlar işdən uzaqlaşdırılacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. İclasda respublikada bu sahədə görülən işlər müzakirə edilib və aidiyyəti orqanlara, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarına korrpupsiyaya qarşı mübarizənin effektivliyinin artırılması ilə bağlı tapşırıqlar verilib.

Hazırda ölkədə "2007-2011-ci illər üçün şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya" həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti