...

Azərbaycan bankı "Mugan Bank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2011 12:53 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsi (QKDK) Azərbaycan bankı "Mugan Bank"ın ümumi məbləği iki milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycan bankı "Mugan Bank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycanın Qiymətli Kağızlar Dövlət Komitəsi (QKDK) Azərbaycan bankı "Mugan Bank"ın ümumi məbləği iki milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Emissiyaya hər birinin nominal dəyəri 200 manat olan 20 min səhm daxildir.

Bankın nizamnamə kapitalı 15 milyon manat təşkil edir, yeni emissiyanın yerləşdirilməsindən sonra isə 17 milyon manatа çatdırılacaq.

"Mugan Bank" 1992-ci ildən fəaliyyət göstərir. Ölkədə bankın 26 filialı və dörd şöbəsi mövcuddur.

Fevralın 23-də rəsmi məzənnə 1,0877 AZN/EUR təşkil edir.

Xəbər lenti

Xəbər lenti