...

Azərbaycanın reytinqinin yüksəldilməsi ölkənin krediti ödəmə qabiliyyətini artırıb - Maliyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 18:52 (UTC +04:00)
"Moody’s Investors Services" tərəfindən Azərbaycanın kredit reytinqinin qaldırılması ölkəmizə beynəlxalq maliyyə icması tərəfindən etimadın daha da artması göstəricisi olmaqla yanaşı, ölkənin krediti ödəmə qabiliyyətinin artırılmasıdır.
Azərbaycanın reytinqinin yüksəldilməsi ölkənin krediti ödəmə qabiliyyətini artırıb - Maliyyə Nazirliyi

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir N.İsmayılova/

"Moody's Investors Services" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın kredit reytinqinin qaldırılması ölkəmizə beynəlxalq maliyyə icması tərəfindən etimadın daha da artması göstəricisi olmaqla yanaşı, ölkənin krediti ödəmə qabiliyyətinin artırılmasıdır. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

"Ölkənin kredit reytinqinin qaldırılması hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borclanma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şəraitin yaradılmasına və beləliklə də ölkənin beynəlxalq kapital bazarına çıxışının asanlaşdırılmasına münbit şəraitin yaradılmasına mübət təsir göstərəcək", - məlumatda deyilir.

"Moody's Investors Service" Azərbaycan Respublikasına reytinqi ilk dəfə 2006-cı ilin 14 sentyabr tarixində təyin edib. Hazırda Azərbaycanın həmçinin "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən təyin edilmiş BBB- və "Standard & Poors" beynəlxalq reytinq agentliyi tərəfindən təyin edilmiş BB+ reytinqləri var.

Çərşənbə axşamı "Moody's Investors Services" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi Ba1 reytinqini təsdiq edərək xarici valyuta üzrə Baa2 və yerli valyuta üzrə A3 reytinqlərinin proqnozunu "sabit"dən "pozitiv"ə qaldırılması barədə qərar qəbul edib.

Proqnozun dəyişilməsi 2009-cu ilin sonundan 2010-cu ilin sonunadək 8 milyard dollardan 23 milyard dollaradək artan Dövlət Neft Fondunun maliyyə aktivlərinin əhəmiyyətli dərəcədə artmasını əks etdirir. Mərkəzi Bankın valyuta ehtiyatları da 1,6 milyard dollardan 7 milyard dollaradək artıb.

Hökumətin qeyri-neft sektoruna investisiyaların yönəldilməsi üzrə səyləri də proqnozun yaxşılaşdırılmasına kömək edib.

Xəbər lenti

Xəbər lenti