...

"Azərbaycan Dəmir Yolları" şimal istiqamətində qatarların hərəkət cədvəlini dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2011 12:18 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycandan şimal istiqamətində (Rusiya) qatarların yeni hərəkət cədvəlini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi QSC-dən bildirilib.
"Azərbaycan Dəmir Yolları" şimal istiqamətində qatarların hərəkət cədvəlini dəyişib

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC Azərbaycandan şimal istiqamətində (Rusiya) qatarların yeni hərəkət cədvəlini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi QSC-dən bildirilib.

Yeni cədvəl "Rusiya Dəmir Yolları"nın fevralın 4-dən təhlükəsizliyin təmin edilməsi məqsədilə Samur-Artezian (Şimali Qafqaz Dəmir Yolları) məntəqəsi üzrə sərnişin və yük qatarlarının hərəkətinin dayandırılması haqqında qərarı ilə əlaqədar olub.

Belə tədbirlərin görülməsi son vaxtlar Dağıstan ərazisində baş verən partlayışlarla bağlıdır.

Yeni cədvələ görə, 55-56 saylı Bakı-Moskva sərnişin qatarı Bakıdan bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla saat 21:55-də yola düşəcək. Qatar çərşənbə, cümə axşamı və şənbə günləri saat 06:10-da Moskvaya çatacaq.

31-32 saylı Bakı-Kiyev reysi Bakıdan çərşənbə günləri saat 00:30-da yola düşəcək və paytaxta çərşənbə axşamı 03:45-də çatacaq.

313-314 saylı Bakı - Sankt-Peterburq reysi cümə axşamları saat 00:30-da yola düşəcək və çərşənbə günləri 06:10-da Bakıya daxil olacaq.

369-370 saylı Bakı-Xarkov reysi cümə günləri 00:30-da yola düşəcək və paytaxta çərşənbə günləri saat 03:45-də daxil olacaq.

373-374 saylı Bakı-Tümen reysi hər gün saat 06:00-da yola düşəcək və Bakıya saat 01:25-də daxil olacaq.

392-391 saylı Bakı-Rostov reysi bazar ertəsi və şənbə günləri saat 00:30-da yola düşəcək və bazar ertəsi və şənbə günləri saat 06:10-da Bakıya çatacaq.

Xəbər lenti

Xəbər lenti