...

"A-Qroup" sığorta şirkəti Azərbaycanda tibbi sığorta üzrə liderliyini qoruyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2011 19:27 (UTC +04:00)
İlin birinci rübünün nəticələrinə görə, "A-Qroup" sığorta şirkətinin sığorta mükafatlarının ümumi həcmi 4 379 934 manat təşkil edir.
"A-Qroup" sığorta şirkəti Azərbaycanda tibbi sığorta üzrə liderliyini qoruyur

Azərbaycan, Bakı, 2 may /Trend/

İlin birinci rübünün nəticələrinə görə, "A-Qroup" sığorta şirkətinin sığorta mükafatlarının ümumi həcmi 4 379 934 manat təşkil edir. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Daxil olmanın əsas hissəsi 4 108 261 manat məbləğində könüllü tibbi sığorta üzrədir. "A-Qroup" sığorta şirkəti yaranma tarixindən bu günədək könüllü tibbi sığorta üzrə liderliyi əldə saxlayır.

2011-ci ilin 3 ayının nəticəsinə görə, əmlak sığortası üzrə mükafatlar ötən ilin həmin müddəti ilə müqayisədə 300 faiz artıb. Avtonəqliyyat sığortası üzrə də 150 faiz artım qeydə alınıb. Mülki məsuliyyətin sığortası və əmlakın yanğından və digər risklərdən sığortası üzrə mükafatların həcmi 100 faiz artıb. Eyni zamanda, ipoteka sığortası üzrə də nəzərəçarpacaq dərəcədə artım əldə edilib.

2011-cu ilin I rübü üzrə sığorta ödənişlərinin həcmi 1 247 880 manat təşkil edib.

"A-Qroup" sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 3 icbari və 13 könüllü sığorta növləri üzrə xidmət göstərir. İlin əvvəlində şirkət növbəti dəfə ISO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq edib.

Mayın 2-nə olan rəsmi məzənnə 0,7916 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti