...

Azərbaycanda "Əmək pensiyası haqqında" qanuna dəyişikliklər 845 min nəfərin pensiyasını artırmağa imkan verəcək - DSMF sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 17:19 (UTC +04:00)
"Əmək pensiyası haqqında" qanuna dəyişikliklər 1 yanvar 2010-cu il tarixindək pensiyaya çıxan şəxslərin pensiyasının məbləğini orta hesabla 40 faiz artırmağa imkan verəcək.
Azərbaycanda "Əmək pensiyası haqqında" qanuna dəyişikliklər 845 min nəfərin pensiyasını artırmağa imkan verəcək - DSMF sədri

Azərbaycan, Bakı, 11 may /Trend, müxbirlər M.Əliyev, A.Axundov/

"Əmək pensiyası haqqında" qanuna dəyişikliklər 1 yanvar 2010-cu il tarixindək pensiyaya çıxan şəxslərin pensiyasının məbləğini orta hesabla 40 faiz artırmağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

"Bu, 2006-cı ilədək toplanan sosial icbari sığorta ayırmaları üzrə stajdan və hazırkı pensiyanın məbləğindən asılı olacaq. Kimin stajı çox olsa, onun da pensiyasının məbləği çox olacaq", - Müslümov çərşənbə günü parlamentin Sosial siyasət komitəsinin iclasında "Əmək pensiyası haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərlə bağlı müzakirədən sonra deyib.

Qanun layihəsi baxılmaq üçün Azərbaycan Milli Məclisinə tövsiyə olunub.

Müslümovun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.

Qanuna dəyişikliklər Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınmasını nəzərdə tutur. Müslümovun bundan əvvəl dediyi kimi, bunun üçün 390 milyon manat lazım olacaq. Bunun 190 milyon manatı 2011-ci ilin ikinci yarısı ərzində ayrılacaq.

"Müzakirələr iki ay sürəcək və ehtimallarımıza görə, ilin ortalarından biz artıq fərqin ödənilməsinə başlayacağıq və ilin ikinci yarısında bu məbləğin 190 milyon manatı istifadə olunacaq", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, pensiyanın yeni hesablama sistemində sosial ədalətə riayət olunacaq və hesablama nəticəsində pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.

2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.

Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 900 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat məbləğində minimal pensiya alır.

Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasında Azərbaycan Prezidenti cari ildə 2006-cı ilədək pensiyaya çıxan ölkə vətəndaşlarının pensiya təminatının yaxşılaşdırılmasının zəruruliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu pensiyalar pensiyaçıların əmək stajı nəzərə alınmaqla təkrar hesablanacaq. Bu halda əmək stajının hər ili üçün 1,93 manatlıq əmsal tətbiq olunacaq. Hasil olunan məbləğ minimal pensiyaya əlavə olunacaq.

Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,290 milyon nəfərə çatır.

Mayın 11-nə olan rəsmi məzənnə 0,7911 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti