...

"DəmirBank" I rübün yekunları üzrə filialların fəaliyyətini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 17:41 (UTC +04:00)
"DəmirBank" özünün filial şəbəkəsinin birinci rübün yekunları üzrə fəaliyyətini geniş tərkibdə müzakirə edib.
"DəmirBank" I rübün yekunları üzrə filialların fəaliyyətini müzakirə edib

Azərbaycan, Bakı, 19 may /Trend/

"DəmirBank" özünün filial şəbəkəsinin birinci rübün yekunları üzrə fəaliyyətini geniş tərkibdə müzakirə edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Qusar Olimpiya Kompleksində keçirilən yığıncaq zamanı bankın hər bir filialının hesabatı dinlənilib, müxtəlif göstəricilər üzrə planların yerinə yetirilməsi, prioritet vəzifələr və gələcək planlar ətraflı müzakirə edilib.

"Filial şəbəkəsinin inkişafı məqsədi ilə son aylarda DəmirBank-ın Bakıxanov, Qazax və Qusar filialları yeni ünvanlara köçürülüb. Bu filiallar və Mərkəz filialı bankın "Korporativ interyer dizayn standartları"na uyğun təmir və tərtibat edilib. Hazırda bankın daha 3 filialının yeni ünvanlara köçürülməsi üçün işlər aparılır. Bu fəaliyyət, eləcə də bankda İT-infrastrukturun yenilənməsi, "SAP for Banking" proqramının tətbiqi, müştəri xidməti keyfiyyəti və digər sahələrdə görülən tədbirlər filialların fəaliyyətini xeyli gücləndirəcəkdir", - idarə heyətinin sədri Roman Əmircanov bildirib.

Yığıncaqda filialların fəaliyyəti, müştərilərlə iş, müştəri xidməti, marketinq fəaliyyəti, kadr potensialı və digər istiqamətlərdə zəruri addımlar müəyyən edilib.

DəmirBank-ın nümayəndə heyəti Qusar Olimpiya Kompleksində korporativ istirahət tədbirində iştirak edib.

DəmirBank ölkə üzrə 30 filiala malikdir ki, bunlardan 13 filial Bakıda, 17-si isə regionlarda yerləşir.

Xəbər lenti

Xəbər lenti