...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2011 14:14 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,79044 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

9 may

0,791

16 may

0,7907

10 may

0,7911

17 may

0,7905

11 may

0,7911

18 may

0,7905

12 may

0,7908

19 may

0,7903

13 may

0,7908

20 may

0,7902

Həftə ərzində orta

0,79076

Həftə ərzində orta

0,79044

2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manatın məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsir göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən, bu mexanizm nəinki sərfəlidir, həm də uzunmüddətli perspektivdə AMB-yə sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi bir ABŞ dolları üçün dəyişməz qalaraq 0,79 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 16-da 0,79 AZN/USD məzənnə ilə $1,481 milyon, mayın 17-də 0,79 AZN/USD məzənnə ilə $4,27 milyon, mayın 18-də 0,79 AZN/USD məzənnə ilə $0,874 mln., mayın 19-da 0,79 AZN/USD məzənnə ilə $0,842 mln., mayın 20-də 0,79 AZN/USD məzənnə ilə $1,079 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

9 may

0,7900

16 may

0,7900

10 may

0,7900

17 may

0,7900

11 may

0,7900

18 may

0,7900

12 ма y

0,7900

19 may

0,7900

13 ма y

0,7900

20 may

0,7900

Həftə ərzində orta

0,7900

Həftə ərzində orta

0,7900

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti