...

2015-ci ilədək Azərbaycanda vahid ödəniş məkanı yaradılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 14:17 (UTC +04:00)
Mərkəzi Bank 2011-2015-ci illərdə Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə yeni dövlət proqramı üzərində işləri başa çatdırır. Proqramın əsas məqsədi "nağdsız cəmiyyət"in yaradılması olacaq.
2015-ci ilədək Azərbaycanda vahid ödəniş məkanı yaradılacaq (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.Xəlilova/

Mərkəzi Bank 2011-2015-ci illərdə Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə yeni dövlət proqramı üzərində işləri başa çatdırır. Proqramın əsas məqsədi "nağdsız cəmiyyət"in yaradılması olacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın və VİSA İnternational beynəlxalq ödəniş sisteminin birgə mətbuat konfransında bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

"Azərbaycanda böyük potensiala malik milli elektron-ödəniş sistemi yaradılıb, lakin sistem hələ dünya təcrübəsindən geri qalır. Dövlət proqramının əsas vəzifəsi mövcud infrastrukturdan maksimum istifadə olacaq", - Quliyev deyib.

Onun sözlərinə görə, bununla əlaqədar dövlət proqramı çərçivəsində nağdsız ödənişlər sahəsində metodoloji və institusional bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

"Dövlət proqramının həyata keçirilməsi nəticəsində vahid ödəniş məkanı yaradılması gözlənilir ki, bu da ödəniş kartları sahiblərinin ödənişləri həyata keçirməsi prosesini asanlaşdıracaq", - Quliyev bildirib.

Onun sözlərinə görə, bu gün ölkədə 4 milyondan artıq kart buraxılıb, iki minə yaxın bankomat və 8 min POS-terminal quraşdırılıb.

VISA International-ın MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş direktoru Stivün Parkerin sözlərinə görə, Azərbaycan iqtisadiyyatında əməliyyatların faktiki olaraq üç-dörd faizi nağdsız ödənişlərlə həyata keçirilir, lakin bununla yanaşı, son illər nağdsız ödəniş kartlarından istifadə 25 faiz artıb.

"Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. İqtisadi inkişafla əlaqədar ölkədə ödəniş kartlarından istifadə artacaq", - Parker deyib.

Xəbər lenti

Xəbər lenti