...

Azərbaycanda ictimai nəqliyyatdan istifadə tariflərinə yenidən baxılmalıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 13:47 (UTC +04:00)
Azərbaycan əhalisinin rifah səviyyəsi yaxşılaşdıqca ictimai nəqliyyatdan istifadəyə görə tariflərə yenidən baxılmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Azərbaycanda ictimai nəqliyyatdan istifadə tariflərinə yenidən baxılmalıdır - nazir

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan əhalisinin rifah səviyyəsi yaxşılaşdıqca ictimai nəqliyyatdan istifadəyə görə tariflərə yenidən baxılmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirin sözlərinə görə, ictimai nəqliyyat sahəsində xidmətlər özəl şirkətlər tərəfindən göstərilir və ona görə də xidmətlər xərcini çıxarmalıdır. Müvafiq olaraq, gediş tariflərinə yenidən baxılmalıdır.

Məmmədov tariflərə yenidən baxılacağı dəqiq tarixi açıqlamasa da, o, bu məsələnin aktuallığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti