...

Azərbaycanın su operatoru abonentləri diqqətli olmağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 17:04 (UTC +04:00)
"Azərsu" ASC abonentləri su təsərrüfatı işçilərinin davranışları, qeydiyyat, borc və sayğaclarla bağlı hər hansı problem olarsa, eləcə də su xətlərində qəza, kanalizasiya xətlərində tutulmalar baş verərsə dərhal yerli Sukanal sahələrinə məlumat verməyə çağırır.
Azərbaycanın su operatoru abonentləri diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycanın su operatoru "Azərsu" ASC abonentləri su təsərrüfatı işçilərinin davranışları, qeydiyyat, borc və sayğaclarla bağlı hər hansı problem olarsa, eləcə də su xətlərində qəza, kanalizasiya xətlərində tutulmalar baş verərsə dərhal yerli Sukanal sahələrinə məlumat verməyə çağırır. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Son zamanlar özünü ASC-nin müfəttişi kimi təqdim edən, eləcə də vaxtilə "Azərsu" ASC-də işləmiş və sonradan işdən çıxmış bəzi şəxslər mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinin, həmçinin cərimə aktlarının yazılmaması müqabilində nağd pul tələb edirlər", - məlumatda bildirilir.

Bu cür xoşagəlməz halların baş verməməsi üçün "Azərsu" ASC abunəçilərin nəzərinə çatdırır ki, onlara müraciət edən nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar.

Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və ya digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahəsini məlumatlandırsınlar.

Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar.

Rayon Sukanal sahələrinin telefon nömrələri:

Sabunçu Sukanal sahəsi

429-62-96

Suraxanı Sukanal sahəsi

477-73-12; 477-90-47

Xəzər Sukanal sahəsi

454-08-13; 554-95-37; 554-95-38

Nizami Sukanal sahəsi

570-15-60; 375-59-34; 375-54-61

Nəsimi Sukanal sahəsi

498-00-85; 498-00-89; 493-55-61

Səbail Sukanal sahəsi

492-44-47; 492-07-34

Yasamal Sukanal sahəsi

432-64-74; 432-01-34; 511-24-09

Xətai Sukanal sahəsi

379-20-86; 372-00-20; 371-65-36

Nərimanov Sukanal sahəsi

561-16-63; 562-48-74; 555-13-68

Binəqədi Sukanal sahəsi

562-25-54; 562-89-63; 555-13-60

Qaradağ Sukanal sahəsi

445-85-10; 445-07-27; 445-85-60

Abşeron Sukanal İdarəsi

349-39-99; 342-12-57; 342-11-29

Sumqayıt Sukanal İdarəsi

4-44-41; 5-09-003

Xəbər lenti

Xəbər lenti