...

Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 19:29 (UTC +04:00)
Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür.
Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür - nazir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir A.Axundov/

Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf naziri Şahin Mustafayev Dünya azərbaycanlılarının III qurultayında çıxışı zamanı deyib.

"Ölkənin davamlı iqtisadi inkişafını təmin edə biləcək strateji valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi artıq 40 milyard dollara yaxındır", - Mustafayev bildirib.

Onun sözlərinə görə, sənayeləşmə siyasəti çərçivəsində yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, təkcə ötən il ərzində 60 sənaye müəssisəsi istifadəyə verilib və 80-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir.

Nazirin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının davamlılığını təmin etmək məqsədilə qarşıdakı illərdə aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilib:

- makroiqtisadi sabitliyin qorunması;

- iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi;

- sənayeləşmənin sürətləndirilməsi, sənaye şəhərciklərinin yaradılması;

- aqrar sektorda intensiv metodların tədbiqinin genişləndirilməsi;

- tranzit potensialından səmərəli istifadə edilməsi,
Bakı-Tbilisi-Qars dəmiryolunun, Beynəlxalq Dəniz Ticarət limanının və Gəmiqayırma zavodunun inşasının başa çatdırılması;

- informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, ilk süni peykin orbitə çıxarılması;

- biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması;

- dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xaricdə ticarət evlərinin yaradılması;

- ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi;

- turizmin inkişafı;

- yüksək sosial rifahın və insan kapitalının inkişafının təmin edilməsi.

Xəbər lenti

Xəbər lenti