...

Rusiyanın "Moskoviya" aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə uçuşları dayandıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 14:13 (UTC +04:00)
Rusiya Nəqliyyat Nazirliyinin Hava Nəqliyyatı Federal Agentliyi Moskva-Gəncə marşrutu üzrə reyslər həyata keçirən "Moskoviya aviaşirkəti" ASC-nin lisenziyasının fəaliyyətini dayandırıb.
Rusiyanın "Moskoviya" aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə uçuşları dayandıra bilər

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.İsmayılov/

Rusiya Nəqliyyat Nazirliyinin Hava Nəqliyyatı Federal Agentliyi Moskva-Gəncə marşrutu üzrə reyslər həyata keçirən "Moskoviya aviaşirkəti" ASC-nin lisenziyasının fəaliyyətini dayandırıb. Trend-in məlumatına görə, bu barədə agentliyin yaydığı məlumatda deyilir. Qərar bu il avqustun 1-dən qüvvəyə minəcək.

Agentliyin qərarına əsasən, aviaşirkətin lisenziyasının fəaliyyəti istismarçının uçuşların təhlükəsizliyinə və istehlakçıların hüquqlarına təsir edən əsas istehsal və maliyyə-iqtisadi göstəricilərinin pisləşməsi səbəbindən dayandırılıb.

"Moskoviya"nın rəsmi saytında yerləşdirilən məlumata görə, şirkət həmişə tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini yerinə yetirib və yerinə yetirməyi davam etdirir.

"Aviaşirkət yay cədvəli çərçivəsində müntəzəm reyslər həyata keçirir. Aviaşirkətin rəhbərliyi yaranan istehsalat və maliyyə-iqtisadi məsələlərinin tezliklə həll olunması üçün hər cür səy göstərir", - "Moskoviya"nın məlumatında deyilir.

Aviaşirkət hər gün Moskva (Domodedovo aeroportu) - Gəncə marşrutu üzrə reyslər həyata keçirir. Təyyarə Moskvadan yerli vaxtla saat 12:55-də uçur və saat 14:05-də Gəncəyə çatır. Yalnız şənbə günləri Gəncəyə saat 14:00-da çatır.

"Moskoviya"dan başqa Gəncədən Moskva istiqamətində "Azərbaycan Hava Yolları" QSC, Rusiyanın "BİM-Avia", "YuTeyrК" aviaşirkətləri də reyslər həyata keçirirlər. Habelə bu aeroportdan Sankt-Peterburqa da reyslər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti