...

Azərbaycana Yaponiya avtomobillərinin idxalının həcmi dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 12:10 (UTC +04:00)
Yaponiyada baş verən təbii kataklizmlər Azərbaycana Yaponiya avtomobillərinin idxal həcmlərinə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev bildirib.
Azərbaycana Yaponiya avtomobillərinin idxalının həcmi dəyişməyib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Yaponiyada baş verən təbii kataklizmlər Azərbaycana Yaponiya avtomobillərinin idxal həcmlərinə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev bildirib.

"Yaponiya avtomobillərinin idxalı ilə bağlı ciddi problem yoxdur, belə ki, Azərbaycana əsasən Yaponiyanın hüdudlarından kənarda istehsal olunan maşınlar gətirilir", - Əliyev deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən Azərbaycana 37 min ədəddən çox Yaponiya avtomobili gətirilib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisi ilə eyni səviyyədədir.

Xəbər lenti

Xəbər lenti