...

Fazil Məmmədov: Türkiyə şirkətləri Azərbaycandakı yanacaqdoldurma məntəqələrində yeni aparatların tətbiqinin sürətləndirilməsinə kömək edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycandakı yanacaqdoldurma məntəqələrində yeni nəzarət-kassa aparatlarının tətbiqi bir sıra texniki məsələlərin həllindən sonra mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın vergilər naziri Fazil Məmmədov bildirib.

"Bu məsələlər yanacaqdoldurma məntəqələrində müxtəlif avadanlıqlardan istifadə olunması ilə bağlıdır, ona görə də proqram təminatının hazırlanması və müəyyən detalların çatdırılması tələb olunur", - nazir bildirib.

Məmmədovun sözlərinə görə, bu məsələlərin həlli bəzi Türkiyə şirkətləri ilə danışıqlardan sonra mümkün olacaq.

Bundan əvvəl Fazil Məmmədov "Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında" əmr imzalayıb.

Əmrdə 2012-ci il yanvar ayının 1-nə qədər hazırda Azərbaycan ərazisindəki yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən dövlət reyestrinə daxil edilmiş, xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən yeni nəzarət-kassa aparatları ilə əvəz olunması və onların qeydiyyata alınması ilə bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yeni nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar görüləcək tədbirlərin qrafiki təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti